2 Aprel Ümumdünya Autizm Günü.
Aprel 2, 2019 2019-04-02 0:002 Aprel Ümumdünya Autizm Günü.
2 Aprel Ümumdünya Autizm Günü.
2019.04.02 XXI əsrin qlobal problemi hesab edilən Autizm sindromuna həsr olunan elmi-maarifləndirici konfrans keçirildi.
Konfransda kollecin müəllim-tələbə heyəti iştirak etdi. “Sinir-ruhi xəstəlikləri” fənn birləşməsi müəllimləri T.Nəsibova, S.Cəfərova və “Müalicə işi” şöbəsinin II kurs tələbələri çıxış edərək autizm sindromu haqqında, bu sindromla mübarizə yolları, autizmli uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti, xəstələrə dövlət tərəfindən nəzarətin hansı səviyyədə olunduğu və s. məsələlər haqda geniş məlumat verdilər. Çıxışlar video görüntülərlə müşayət olundu. Sonda konfrans iştirakçılarına maarifləndirici bukletlər paylanıldı.