Edumall Preloader

2 nömrəli Bakı Baza Tibb kollecinin 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının təşkili barədə

Yeni olan
Xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecinin 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının təşkili barədə

2 nömrəli Bakı Baza Tibb kollecinin 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının təşkili barədə.

– Payız imtahan sessiyası 29.12.2022-ci il tarixindən 01.02.2023-cü il tarixinədək təşkil olunub.

– İmtahan sessiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16.12.2022-ci il tarixli F-721 saylı əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir.

– İmtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış, “İmtahanlar zamanı koronavirus infeksiyasının (Covid-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət edilir.

– İmtahan sessiyası qüvvədə olan normativ sənədlər əsasında təşkil olunub.

– Yaradılmış imtahan qərargahına daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılması təmin olunur.

– İmtahanlarla bağlı tələbə, valideyn və media nümayəndələri tərəfindən daxil olan müraciətlərin araşdırılması “Qaynar xətt” və “Apellyasiya komissiyası” tərəfindən təmin olunur.

– İmtahanlar test üsulu ilə kollecin Virtual Test Mərkəzində təsdiq olunmuş cədvəl üzrə aparılır.

– Tələbələrə öncədən imtahan cədvəlləri, sualları və nümünə testlər təqdim olunub. 

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 saylı 11.01.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.2013-cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili” qaydalarının 3.2.15 bəndində aparılan dəyişikliyə əsasən aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcədə üzürlü və üzürsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbələrin təkrar imtahan vermələrinə şərait yaradılır.