20 Yanvar faciəsinin 33-cü ildönümü
Fevral 14, 2023 2025-02-24 17:1320 Yanvar faciəsinin 33-cü ildönümü
20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür. Qanlı Yanvar faciəsinin qurbanları dövlət müstəqilliyimizin qazanılması yolunda şəhid olublar.
20 Yanvar şəhidləri tariximizə qəhrəmanlıq səhifələri yazıblar. Onların xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq.
Bu gün Yasamal Rayon İcra Hakimiyyəti 20 Yanvar Memorial Abidə Kompleksinin önündə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirdi. Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk olunmuşdur.
Tədbirdə kollecimizin bir qrup müəllim və tələbə heyəti iştirak etdi. Tədbir bütün ölkə ərazisində olduğu kimi, bir dəqiqəlik sükutla başladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Abidə önünə əklil qoyularaq, Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi ehtiramla yad edildi.
Bununla yanaşı olaraq, kollecimizin yüzdən artıq fəal tələbəsi şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına yürüşdə iştirak etdilər.
Son xəbərlər
Bayram ziyarəti
Aprel 3, 202531 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Aprel 3, 2025Novruz Bayramı
Aprel 3, 2025Axtarış