1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb.
20 Yanvar hadisəsi Azərbaycan xalqının iradəsini qıra bilməyib, əksinə xalqımızı azadlıq uğrunda daha da sıx birləşdirərək müstəqilliyə gedən yolunu yaxınlaşdırıb.
Bu gün qürur günü, bir xalqın varlığını təsdiqləyən şərafət günüdür.
Allah şəhidlərimizə rəhmət eləsin.