Edumall Preloader

2023/2024-cü tədris ilində kollecə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn qaydada—portal.edu.az platforması vasitəsi ilə aparılacaqdır

378072889_795748869223152_7929778744483141232_n
Xəbərlər

2023/2024-cü tədris ilində kollecə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn qaydada—portal.edu.az platforması vasitəsi ilə aparılacaqdır

2023/2024-cü tədris ilində kollecə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn qaydada—portal.edu.az platforması vasitəsi ilə aparılacaqdır. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.

Qeydiyyat tarixi: 2023-cü il 14 sentyabr 11:00-dan 25 sentyabr 18:00-dək .

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri Dövlət İmtahan Mərkəzi tərəfindən kollecə göndərilməyəcəkdir.

Qeydiyyat zaman yaranan çətinliklərlə bağlı kollecin rəsmi səhifələrinə müraciət edə bilərsiniz.