2 iyun 2026-cı il tarixində “2026–2027-ci tədris ili üçün tibb kollecləri tələbələrinin hazırlanması prosesində elm, liderlik, könüllülük və süni intellektin inteqrasiyası” beynəlxalq layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilmişdir.
Görüşdə Azərbaycan, Qazaxıstan, Belarus və Qırğızıstan tərəflərindən layihənin işçi qruplarına daxil olan nümayəndələr iştirak etmişlər. Azərbaycan tərəfini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi, həmçinin 2 nömrəli Bakı Baza Tibb Kolleci, 1 nömrəli Bakı Tibb Kolleci və Gəncə Tibb Kollecinin layihə üzrə işçi qrup üzvləri təmsil etmişlər.
Görüş zamanı layihə çərçivəsində qarşıda duran fəaliyyətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmiş, iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır.