Edumall Preloader

24.04.2013 Tarixdə Kollecimizdə Zərifə Əliyevanın 90 illiyi keçirildi

24.04.2013 Tarixdə Kollecimizdə Zərifə Əliyevanın 90 illiyi keçirildi
Xəbərlər

24.04.2013 Tarixdə Kollecimizdə Zərifə Əliyevanın 90 illiyi keçirildi

2 Nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan Respublikasının əməkdar elm xadimi, tanınmış oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Kollecin direktoru t.e.n Dilarə Məmmədəliyeva Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışıb, bu şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə, kamillik məktəbi olduğunu söyləyib. Direktor görkəmli alimin Azərbaycan oftalmologiya elminə verdiyi töhfələr müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, onun bir qadın , ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı – ulu öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışıb. Zərifə xanımın təkcə respublikamızda deyil beynəlxaq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar. Anım mərasiminin sonunda tələbələr Zərifə Əliyevaya həsr edilmiş kollecin hazırladığı film göstərib, şeirlər və mahnılar oxudular xəbərin şəkilləri.