25 sentyabr Beynəlxalq Əczaçılar Günü
Sentyabr 25, 2023 2023-09-28 12:5025 sentyabr Beynəlxalq Əczaçılar Günü
25.09.2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində Ulu Öndər Heydər Əliyev ili çərçivəsində “25 sentyabr-Əczaçılar günü” nə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə “Avromed”, “AzəriMed”, “Zeytun”, “Medap Pharma”, “Venatura” əczaçı şirkətlərinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak etdi.
44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatında şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra kollecin direktoru Dilarə Məmmədəliyeva giriş sözü ilə çıxış edərək gələcəyin əczaçılarını təbrik etdi. “Farmakologiya ” Fənn Birləşmə Komissiyasının sədri Samirə Soltanovanın “Müasir əczaçılıq” mövzusunda məruzəsi, “Venatura” şirkətinin nümayəndəsi Sevda İsmayılova “Əczaçılıqda müasir texnologiyalar və bioloji qida əlavələrinin istehsalı” mövzusunda çıxışı tədbir iştirakçılarının marağına səbəb oldu. Əczaçılığın yaranması, inkişafı, əhəmiyyəti və tədrisi haqqında müxtəlif slaydların nümayişi ilə davam edən tədbir tələbələrin iştirakı ilə hazırlanmış bədii hissə ilə davam etdi.
Son xəbərlər
Axtarış