2BBTK-də Covid-19 infeksyasına qarşı təlimləri
Aprel 10, 2021 2021-04-10 0:002BBTK-də Covid-19 infeksyasına qarşı təlimləri
2BBTK-də Covid-19 infeksyasına qarşı təlimləri
Dünyanı bürüyən Covid-19 əleyhinə əksepidemik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, xəstəliyin xüsusi müalicə metodlarının olmaması, letallıq səviyyəsinin 3% -dən yuxarı (bəzi ölkələrdə 10-15%-dən yuxarı) olması hallarını nəzərə alaraq ÜST vaksinasiyanın vacibliyini bəyan etmişdir.
Əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əsas şərtlərdən biridir. Düzgün kommunikasiya qurmaq və vaksinasiya prosesini qanunauyğun şəkildə həyata keçirmək orta tibb işçilərinin əsas vəzifələrindən hesab edilir. Bununla əlaqədar, 2 nömrəli Bakı Baza Tibb kollecində “İmmunlaşma” kurslarının keçirilməsi zəruriyyəti meydana çıxmışdır. Səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Vaksinlər və İmmunlaşdırma” üzrə Qlobal Alyansın (VİQA) texniki dəstəyi ilə 2 nömrəli Bakı Baza Tibb kollecində tədris prosesinin keyfiyyətini artırmaq üçün iki immunlaşdırma otağı təşkil edilmiş və müasir tibbi avadanlıqlarla təmin olunmuşdur.
2020-ci ilin sonundan başlayaraq 2 nömrəli Bakı Baza Tibb kollecinin təkmilləşdirmə şöbəsində “İmunlaşdırma” üzrə təlimlər başlamışdır. 800-dən çox dövlət, özəl və idarə təşkilatlarının tibb müəssisələrindən olan orta tibb işçisi təlimə cəlb olunmuşdur. Təlimdə peyvənd otağının quruluşu video-çarx vasitəsilə nümayiş etdirilmişdir. Təlimlər orta tibb işçiləri arasında böyük marağa səbəb olmuşdur. Xəstələnmə və ölüm hallarının azalmasında peyvəndin yeganə çıxış yolu olması təlimin əsas mövzusunu təşkil etmişdir. Təlimin sonunda müdavimlər sertifikatla təmin edilir.