Edumall Preloader

2BBTK-nin müəllimləri PROACT layihəsində

2BBTK-nin müəllimləri PROACT layihəsində
Xəbərlər

2BBTK-nin müəllimləri PROACT layihəsində

Ümümdünya Səhiyyə Təşkilatının təşkil etdiyi PROACT layihəsinin dəstəyi ilə İSİM mərkəzində təşkil olunan “TƏLİMÇİLƏRİN TƏLİMİ” kursunda 2 nömrəli Bakı Baza Tibb kollecinin müəllimləri İradə Mustafayeva və Günay Seyidova iştirak etmişlər. Bu layihə çərçivəsində 2020-ci ilin sentyabr ayında müəllimlər Türkiyənin İzmir şəhərində yerləşən Urla bolgəsində Karantin Adasına ezam olunaraq, Pr.Dr. H.İbrahim Durak (Ege Universitesi), Okan Ok (Ege Universitesi), Kevser Vatansevər, Pr.Dr. Mehmet Akman və başqalarının təlimində aktiv iştiraklarını davam etdirmişlər.
PROACT layihəsi iki hissədən ibarətdir: PROACT CARE və PROACT TRAİNNİNG.
PROACT CARE Şamaxı rayonunda tibb işçilərinin təlim ehtiyaclarının və əhalinin ilkin səhiyyə xidmətlərinin əlçatanlığına dair təlimlər keçirir. ÜST-ün Azərbaycan nümayyəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ÜST-ün Sağlam Həyat naminə Qlobal fəaliyyət Planı tərəfindən maliyyələşdirilən “Covid-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması-“Proact Qayğı” layihəsi çərçivəsində Covid-19 kontekstində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır.
Eyni zamanda kollecin müəllimləri fevral və mart aylarında Şamaxı şəhərində PROACT CARE çərçivəsində “İmmunizasiya” üzrə həkimlərə və orta tibb işçilərinə təlimlər keçmişlər. Hal-hazirda yenə də Şamaxı şəhərində PROACT CARE layihəsində KURS-1 və KURS-3 təlimlərini həkimlərə və orta tibb işçilərinə tədris edirlər. Kollecin müəllimi Günay Seyidova Şamaxı şəhəri üzrə təlimin koordinatoru vəzifəsinə təyin olunmuşdur.
Təlimin ikinci hissəsi olan Proact Tranning bir neçə təlim kursundan ibarətdir: Tibb işçiləri üçün risk fərqindəliyi qorunma və risklərin kommunikasiyası; İnfeksion profilktika və nəzarət tədbirləri; Təməl Həyat Dəstəyi (BLS-Basik Life Support); COVİD-19 Nəzarət scrinning testlərin aparılması və təmaslıların izlənməsı; COVİD-19 Triyaj diaqnostika və xəstələrin evdə aparılması; COVİD-19 Stasionarda yüngül orta ağır xəstələrin aparılması; Təkmil Həyat Dəstəyi (ALS-Advanced Life Support); Xəstəxanaların təcili və fövqaladə vəziyyətlərə hazırlığı; COVİD-19 Məktəblərdə risk fərqindəliyi qorunma və risklərin kommunikasiyası.
“PROACT” layihəsinin iştirakçısı olan təlimçi müəllimlərin kollecin müəllim, tələbə, müdavimlərinə və Respublikanın müxtəlif Tibb kolleclərində çalışan müəllimlərə təlim keçməsi planlaşdırılır.