Edumall Preloader

30 il əvvələ səyahət

Snapinsta.app_414889208_18410473048044887_2872611130289510031_n_1080
Xəbərlər

30 il əvvələ səyahət

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolecinin 30 il əvvəl “Müalicə işi” şöbəsinin 70-ci qrupunda təhsil alan məzunlar təhsil ocağına qonaq gəliblər. Onların əksəriyyəti hazırda Bakı şəhəri və bölgələrdə təxirəsalınmaz tibbi yardım stansiyalarında çalışaraq layiqincə öz vəzifə borclarını yerinə yetirirlər. Məzunlar doğma dəhlizləri gəzərək, keçmiş xatirələrini danışıblar. İllər keçdiyinə baxmayaraq, təhsil aldıqları şöbə, auditoriyayalar, hətta divar və pilləkanlar belə məzunlarda səmimi hisslər yaradıb.

Vaxtı ilə onlarla bir qrupda təhsil alan Lerik rayonu sakini Ağayev Nazim Ziyad oğlu 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olub. Nazimin keçmiş qrup yoldaşları kollecin həyətində qurulan abidənin qarşısında toplanaraq, xoş xatirələrlə onu yad edib və abidənin önünə tər qərənfillər qoyublar.

Səmimi görüşdən sonra məzunlar oxuduqları təhsil ocağından xoş xatirələrlə ayrılıblar.