Edumall Preloader

31 mart Azərbaycanlıların Soyqırımı günü

31 mart Azərbaycanlıların Soyqırımı günü
Xəbərlər

31 mart Azərbaycanlıların Soyqırımı günü

31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Unudulmaz faciə” mövzusunda anım günü keçirildi. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və kollecin müəllim-tələbə heyəti iştirak etdilər. Tədbiri açıq elan edən kollecin direktoru D.Məmmədəliyeva 31 mart 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımı haqıında məlumat verdi. Sonra İctimai fənn müəllimi Z.Qasımov soyqırımla bağlı çıxış etdi. Tələbələrin hazırladığı bədii kompozisiya təqdim olundu.
Vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu, Nadirov Aslan Tanrıverdi oğlunun və 1918-ci ilin mart ayında Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalan, doğma yurdlarından sürgün edilən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu.