Edumall Preloader

44 Günlük Dastan

0G3A8686
Xəbərlər

44 Günlük Dastan

02.11.2022-ci il tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə  tələbələr və gənclər arasında qəhrəman qazilərimizin, döyüşçülərimizin tanıdılması məqsədilə həyata keçirilən “44 Günlük Dastan” layihəsi çərçivəsində tədbir təşkil edildi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihələr üzrə meneceri Ü.Quluzadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizə əbədi həkk olunmuş “Zəfər gününü”  bizə bəxş etmiş qəhrəmanlarımızın tanıdılaraq gənc nəslə örnək olmasının vacibliyini vurğuladı. Daha sonra kollecin direktoru D.Məmmədəliyeva tədbirdə iştirak edən Vətən müharibəsi qazilərini salamlayaraq  işğal altında olan  torpaqlarımızın azad edilməsində göstərdikləri qəhramanlıqlara görə onların hər birinə minnətdarlığını bildirdi, belə  əhəmiyyətli  lahiyələrin həyata keçirilməsində təşkilatçılara müvəffəqiyyətlər arzuladı. “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru N.Şükürovun çıxışından sonra tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri İbrahimli Şəhriyar, Yusifov Vüsal, Tağızadə Ayaz, Abbasov Elnur, Kərimli İlkin 44 günlük Vətən müharibəsi ilə bağlı xatirə və təəssüratlarını iştirakçılarla bölüşdülər, kollecin müharibədə iştirak edən əsgər və qazilərinin, tələbələrin  döyüş günləri ilə bağlı suallarını cavablandırdılar.