«5 may Beynəlxalq Həkim-Mama Günü»nə həsr olunan elmi-praktik konfrans
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində «5 may Beynəlxalq Həkim-Mama Günü»nə həsr olunan elmi-praktik konfrans keçirilib.
Konfransda «Mamalıq işi» şöbəsinin müəllim və tələbə heyəti iştirak edib. Açılış mərasimində çıxış edən kollecin direktoru Dilarə Məmmədəliyeva səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən islahatlarda ana və uşaq problemlərinin həllinin ön sıralarda yer aldığını bildirib.
Daha sonra «Mamalıq işi» şöbəsinin müdiri Cəmilə Muradova müəllim və tələbə heyətini təbrik edərək, işlərində uğurlar arzulayıb. Sonra isə fənn birləşmə komissiya müəllimlərinin geniş məruzələri dinlənilib.
Sonda «Mamalıq işi» şöbəsinin tanıtım videoçarxı nümayiş edilib.