Edumall Preloader

5 May Beynəlxalq Mama Gününə həsr olunmuş konfrans

Snapinsta.app_344795693_553319623631290_4831935788995307784_n_1080
Xəbərlər

5 May Beynəlxalq Mama Gününə həsr olunmuş konfrans

05.05.2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında “5 May Beynəlxalq Həkim-Mama Günü”nə həsr olunmuş elmi-təcrübi konfrans keçirildi. Konfransda “Mamalıq işi” şöbəsinin müəllim-tələbə heyəti iştirak etdi.
“Mamalıq və ginekologiya” fənn birləşməsinin sədri Arzu Əliyeva tədbiri açıq elan edərək, mamaların vəzifələri haqqında məruzə etdi.
Sonra isə “İctimai elmlərin əsasları” fənn müəllimi Əsmər Mustafayeva “Erkən nigahların problemi”, “Mamalıq” fənn müəllimi İlahə Qədirova “Erkən nigahların fəsadları” haqqında geniş məlumat verdilər.
Tələbələrin sualları cavablandırıldı. Mamalıq peşəsinə həsr olunmuş video çarx nümayiş etdirildi.