Edumall Preloader

5 MAY BEYNƏLXALQ MAMA GÜNÜ

photo_2025-05-07_12-25-17 (3)
Fotoqalereya Xəbərlər

5 MAY BEYNƏLXALQ MAMA GÜNÜ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində “5 May Beynəlxalq Mama Günü” münasibətilə konfrans keçirilib.

Konfransda Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Elnarə Muradova, Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, ÜST-ün Ölkə Ofisinin İmmunizasiya və İnfeksion Xəstəliklər Bölməsinin mütəxəssisi Sevinc Həsənova, LİV Bona Dea Hospitalının Təlim və İnkişaf üzrə Böyük Tibb Bacısı Türanə Türkoğlu, bir sıra tibb müəssisələrinin baş mamaları və kollecin müəllim-tələbə heyəti iştirak ediblər.

Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açaraq, Beynəlxalq Mama Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və cəmiyyətin sağlam təməlinin formalaşmasında mama peşəsinin mühüm rol oynadığını vurğulayıb. Konfransa Ege Universiteti Sağlıq Bilimləri Fakültəsinin dekanı ebe-professor Dr. Esin Çeber Turfan video təqdimatla  qatılıb.

Çıxışlar  “Mamalıq işi” şöbəsinin müdiri və “Mamalıq” fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən davam edib. “Mamalıq işi” şöbəsinə həsr olunan videoçarx nümayiş olundu.

Konfrans Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin  (THİK) birgə hazırladığı bədii hissə ilə davam etdirilib.