Edumall Preloader

XXI əsrdə şəkərli diabetin müasir diaqnostika və müalicə üsulları

405043803_18404296216044887_1836420367850422618_n
Xəbərlər

XXI əsrdə şəkərli diabetin müasir diaqnostika və müalicə üsulları

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 16 noyabrda Heydər Əliyevin 100 illik yubleyi çərçivəsində « XXI əsrdə şəkərli diabetin müasir diaqnostika və müalicə üsulları» mövzusunda konfrans keçirilib. Konfransda Tibb bacısının işi fənn birləşməsi müəllimi Cəfərova Samirə «Heydər Əliyev və Azərbaycan səhiyyəsi «, Daxili xəstəliklər fənn birləşməsi müəllimi Hidayətova Ülviyyə «XXI əsrdə şəkərli diabetin müasir diaqnostika və müalicəsi» mövzusunda çıxışlar ediblər.
Sonda qlükometr vasitəsi ilə ekspress üsulla qanda şəkərin səviyyəsinin ölçülməsi nümayiş etdirilib. Arzu edən tələbələrdə qanda şəkərin miqdarı təyin olunub.