Musiqili körpü
Yanvar 8, 2024 2025-02-24 17:13Musiqili körpü
Festivalı Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 27 dekabr 2023-cü il tarixində Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan Respublikası təhsil müəssisələri arasında “Musiqili körpü” adlı Festival baş tutub. Tələbə Gənclərin Həmrəyliyini nümayiş etdirən festivalda Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci, Səhiyyə Nazirliyi Sumqayıt Tibb Kolleci, Pedaqoji Kollec, Bakı Avrasiya, Odlar Yurdu, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Memarlıq və İnşaat Universitetlərin tələbə nümayəndələri mahnı və rəqs nömrələri ilə çıxış ediblər. Hər musiqi nömrəsi tələbələr tərəfindən coşqu ilə qarşılanıb və əsl bayram abu havası yaradıb. Sonda festival iştirakçılarına Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən hazırlanan hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Son xəbərlər
Əczaçılıq sektorunda Əmək Yarmarkası və Biznes Sərgisi
Fevral 27, 2025“Ana harayı” abidəsinə ziyarət
Fevral 27, 2025“Xocalı Soyqırımı” dərsləri
Fevral 27, 2025Axtarış