Edumall Preloader

“Bir addım irəli” Beynəlxalq əl bacarıqları müsabiqə

442414045_18439288132044887_5846113534037339573_n
Xəbərlər

“Bir addım irəli” Beynəlxalq əl bacarıqları müsabiqə

Qarşılıqlı əməkdaşlığın istiqamətləri çərçivəsində Rusiya Federasiyası Yekaterinburq şəhərinin AVERON elm-istehsalat kompleksinin nümayəndələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin “Ortopedik stomatologiya” şöbəsində təhsil alan 12 tələbə arasında 13 may 2024-cü il tarixində “Bir addım irəli” Beynəlxalq əl bacarıqları adlı müsabiqənin seçmə mərhələsi keçirilib. Müsabiqə tapşırıqlarını 3 saat ərzində yerinə yetirən tələbələrin əl işləri xüsusi şkalaya əsasən 8 parametr üzrə hərəsi “5” bal olmaqla qiymətləndirilib.
Nəticə etibarilə, Fədai İsgəndərov I, Alim Tağızadə II, Lələkişi Lələkişizadə III yerin qalibləri seçilərək, diplomlar və hədiyyələrlə təltif ediliblər. Bütün digər iştirakçılara isə sertifikatlar təqdim olunub. Seçmə mərhələsində I yerin qalibi seçilən Fədai İsgəndərov Yekaterinburq şəhərində keçiriləcək “Bir addım irəli” Beynəlxalq əl bacarıqları adlı müsabiqənin yekun mərhələsində iştirak etmək hüququ qazanıb.
Daha sonra AVERON elm-istehsalat kompleksinin nümayəndələri tərəfindən “Ortopedik stomatologiya” şöbəsində tələbə-müəllim heyətinin birgə iştirakı ilə «Gips və plastmas altlıqlı sökülən modellərin hazırlanması», «Pres keramika» haqqında seminar keçirilib.
Seminarda Averon şirkətinin yaranma tarixi və istehsal etdiyi tibbi-stomatoloji avadanlıqlar, sökülən modellərin fərqli üsullarla alınma qaydaları, müasir materiallar haqqında məlumat verilib, videoçarx nümayiş etdirilib.