Edumall Preloader

Tələbəmiz Avropa çempionudur

Snapinsta.app_447568382_18443922211044887_2354481801985613876_n_1080
Xəbərlər

Tələbəmiz Avropa çempionudur

Azərbaycan Kapoeyra Federasiyasının Yığma komandası WCF (World Capoeira Federation) 31 may - 2 iyun 2024-cü il tarixində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Kapoeyra üzrə Avropa çempionatını uğurla başa vurub. Çox sevindirici haldır ki, çempionatda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin “Əczaçılıq” şöbəsinin 303-cü qrup tələbəsi Abbasova Gülçöhrə gümüş medala layiq görülüb. Tələbəmiz həmçinin kollecdə yaxşı oxuması və nümunəvi davranışı ilə seçilir.

Azərbaycan komandası medalların sayına görə Avropa çempionatında I yerə layiq görülüb.

Bu uğuruna görə tələbəmizi təbrik edir və uğurlarının davamını diləyirik.