Edumall Preloader

Məzun 2024

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər

Məzun 2024

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 2023/2024-cü tədris ilində təhsillərini başa vuran məzunların “Məzun Günü” keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Məzun Günü”ün açılışında kollecin direktoru Dilarə Məmmədəliyeva müəllimlər və tələbələrə təşəkkür edib, tələbələrə uğurlar arzulayıb.
Daha sonra kollecin ictimai həyatında fəal iştirak edən, təhsildə müvəffəqiyyətləri ilə seçilən, eyni zamanda 44 günlük Vətən müharibəsində iştirak edən tələbələr Fəxri Fərmanlarla təltif olunublar.
Tədbir kollecin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatının birgə hazırladığı bədii hissə ilə davam edib.