Edumall Preloader

Şəhidlər unudulmur!

Snapinsta.app_452566333_3641365289445188_3482582804125227892_n_1080
Fotoqalereya Xəbərlər

Şəhidlər unudulmur!

Bu gün ruhu önündə baş əydiyimiz, heç zaman unutmayacağımız ŞƏHİD əməkdaşımız Kazımlı Mürsəl Kamil oğlunun cənnətdə 32-ci baharı tamam olur. O, yüzlərlə günahsız körpənin qisasının alınması uğrunda vətən torpağını müdafiə edərək, 28 yaşında canını fəda etdi, ŞƏHİDLİK zirvəsinə ucaldı.
Mürsəl işlədiyi müddətdə mərhəməti, tərbiyəsi, işə olan diqqəti, davranışı ilə seçilirdi. O, öz qısa ömrünü ailəsində, ətrafında, işlədiyi kollektivdə sevilərək yaşadı və qəlblərdə özünə unudulmaz yer tutdu. Şəhidimizin valideynlərinə kollecimizin əməkdaşları adından deyirik: -“Mürsəl tək Sizin deyil, vətənin oğludur!”.
Əziz şəhidimizin doğum günündə kollecimizin rəhbər və müəllim heyəti
onun məzarını ziyarət etdilər.
Əzizimiz Mürsəl, cənnətdəki 32-ci baharın mübarək! Məkanın cənnət olsun!
Sənin gülərüz və mehriban siman bütün kollektivimizin yaddaşında əbədi olaraq yaşacaqdır!