Edumall Preloader

“Ümumrespublika Təmizlik Marafonu” adlı aksiya

Snapinsta.app_460682590_1025216469096591_3897592424637375035_n_1080
Fotoqalereya Xəbərlər

“Ümumrespublika Təmizlik Marafonu” adlı aksiya

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Bununla əlaqədar olaraq ölkəmizdə "Ümumrespublika Təmizlik Marafonu" adlı genişmiqyaslı tədbirlər və aksiyalar keçirilir.
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin, eləcə də bir çox digər tibb müəssisələrinin işçilərinin iştirakı ilə 21 sentyabr 2024-cü il tarixində Buzovna qəsəbəsinin sahilində "Təmizlik sağlamlıqdır!" adlı ekoloji aksiya keçirilib.
Aksiya zamanı tələbələr tərəfindən sahilyanı ərazi tullantılardan təmizlənib, toplanan tullantılar çeşidlənmə zavoduna təhvil verilib.