Edumall Preloader

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aksiya

Snapinsta.app_461601016_1073483547508899_7514192894973306540_n_1080
Fotoqalereya Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aksiya

Heydər Əliyev Fondunun vitse-prezidenti, "İDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin bir qrup tələbəsinin iştirakı ilə 26 sentyabr 2024-cü il tarixində Bilgəh çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib.
"Sahillər təmiz qalsın" şüarı altında keçirilən aksiyanın əsas məqsədi sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, insanları dənizətrafı mühitin mühafizəsi uğrunda təbliğata yönəltməkdir.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən aksiyada iştirakçıların topladıqları 2 tona yaxın tullantı "Təmiz şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.