Edumall Preloader

“Təhlükəli davranışlardan uzaq ol”

Snapinsta.app_461859506_833324105675922_8658161014432335048_n_1080
Fotoqalereya Xəbərlər

“Təhlükəli davranışlardan uzaq ol”

3 oktyabr 2024-cü il tarixində Azəebaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə İİV-lə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə insan sağlamlığı üçün ciddi təhlükə hesab edilən İİV infeksiyasına yoluxma halları, profilaktikası, müalicə və müayinə üsullarında müasir yanaşmaların əhəmiyyəti barədə geniş məlumat verilib. Ölkəmizdə İİV-ə nəzarətin qanunvericilinin tələblərinə uyğun tənzimlənməsi qeyd edilib.
Sonda mövzu barədə tələbələrin iştirakı ilə mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.