“Obyektiv Strukturlaşdırılmış Kliniki İmtahan (OSKİ) metodu ilə İmtahanların təşkili”
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 15-17 yanvar 2025-ci il tarixlərində müəllimlər üçün “Obyektiv Strukturlaşdırılmış Kliniki İmtahan (OSKİ) metodu ilə İmtahanların təşkili” və "Təhsil məqsədlərinin taksonomiyası" mövzusunda təlimlər keçirilib. Təlimlərin keçirilməsində məqsəd müəllimlərə OSKI metodu və bu imtahanların düzgün təşkil edilməsi haqqında ətraflı məlumat verməkdir. Təlimlər kollecin müəllimləri olan uzun illər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təlimçi kimi seçilən və sertifikatla təmin olunan İradə Mustafayeva və Günay Seyidova tərəfindən keçirilib. Təlimçilər müəllimlərə bacarıq təlimlərinin alqoritmi, hər bir addımın qiymətləndirilməsini, tələbələrə geribildirim verilməsini və OSKI metodunun əsas prinsiplərini, onun tətbiq qaydalarını və tədris prosesində əhəmiyyətini ətraflı şəkildə izah edib. Təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu cür təlimlərin keçirilməsi kollecdə təhsilin keyfiyyətinin artırılmasında, müəllimlərin peşəkar biliklərinin təkmilləşdirilməsində mühüm rol oynayır.