Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində “Tibb bacısı (qardaşı) işi” və “Mamalıq işi” şöbələrinin III kurs tələbələri arasında 16.12-20.12.2024-cü il tarixlərində Obyektiv Strukturlaşmış Klinik İmtahanı (OSKİ) keçirilib. İmtahanın keçirilməsində məqsəd diplomqabağı istehsalat təcrübəsinə göndərilən tələbələrin gələcək iş fəaliyyətlərində, həmçinin istehsalat təcrübəsi zamanı xəstələrin müayinə və müalicəsində həyata keçirdikləri tibbi bacarıqları sərbəst, heç bir səhvə yol vermədən, özlərinə güvənərək yerinə yetirmələrini təmin etməkdir.
Bacarıqların düzgün yerinə yetirilməsinə kollecdə yaradılan komissiya nəzarət edib. Daha yüksək nəticə əldə edən qruplar Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təqdim olunan həvəsləndirici kuboklar ilə mükafatlandırılıblar. Kollecdə təhsil alan tələbələrimizə gələcək işlərində uğurlar diləyirik