Mobil tətbiqlər
Yanvar 10, 2025 2025-01-31 13:58Mobil tətbiqlər
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələrinə onlayn resurslar barədə geniş məlumat verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 9 yanvar 2025-ci ildə onlayn resurslar barədə tələbələrlə maarifləndirici görüş keçirilib. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası şöbəsinin müdir müavini Sevil Qəmərli sağlamlığın qorunması və möhkəmləndirilməsi istiqamətində İSİM tərəfindən hazırlanaraq istifadəyə verilən innovativ vasitələr və mobil tətbiqlər barədə ətraflı məlumat verib. Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Anar Ağamirzəyev Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən təqdim olunan Forumdan söz açaraq bildirib ki, forum.videodoktor.az səhifəsinə daxil olaraq hamiləlik, uşaq və qadın sağlamlığı ilə bağlı suallara cavab almaq mümkündür. Vurğulanıb ki, Forum vasitəsilə hər kəs onu maraqlandıran xəstəlik və ya simptomlar barəsində soruşa, digər şəxslərdən simptomların daha yaxşı idarə edilməsini öyrənə və effektiv müalicə imkanları haqqında məlumat əldə edə bilər.
Yekunda iştirakçıların sualları cavablandırılıb, onlara “Forum.videodoktor.az/” “Sağlam uşaq”, “Burla xatun” və digər internet səhifələri və mobil tətbiqlər barədə çap materialları təqdim olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində tələbələrin peşəkar təhsillə yanaşı öz yaradıcılıq və texnoloji bacarıqlarını inkişaf etdirməsi üçün hər cür şərait yaradılıb. Bu, onların gələcək peşəkar fəaliyyətlərində böyük üstünlüklər qazanmasına kömək edir.
“Ortopedik stomatologiya” şöbəsinin tələbələri peşəkar hazırlıqlarının bir hissəsi kimi müxtəlif konstruksiyalı protezlərin hazırlanması ilə məşğul olurlar. Bu iş tələbələrin hamısından yaradıcı yanaşma tələb edir. “Ortopedik stomatologiya” şöbəsinin tələbəsi Tağıyev Yusifin hazırladığı işlər dəqiqlik və yaradıcılıq baxımından daha da fərqlənir. Tələbəmiz eyni zamanda, 3D printerdə işləmək bacarığını da ustalıqla tətbiq edir. Yusif bu texnologiyadan istifadə edərək insan və kəllə skeleti modellərini hazırlamış və onları təhsil aldığı şöbəyə əyani vəsait kimi hədiyyə etmişdir. Yusif təhsildə də nailiyyətləri ilə fərqlənir. O, “Ortopedik stomatologiya” şöbələrinin tələbələri arasında keçirilən Respublikada olimpiadalarında iştirak edərək, iki dəfə sertifikat qazanmışdır.
Belə tələbələrimiz öz kreativ ideyalarını reallığa çevirməklə həm təhsil aldıqları sahəyə, həm də gələcək peşələrinə böyük töhfələr verirlər. Bu yolda tələbəmizə uğurlar diləyirik!
Son xəbərlər
Təcrübi bacarıqlar üzrə İlin Ən Yaxşı Qrupu
Yanvar 30, 2025Təlimçilər üçün Təlim (ToT)
Yanvar 28, 2025Şəhidlər Xiyabanı
Yanvar 21, 2025Axtarış