Edumall Preloader

DƏYİRMİ MASA

photo_2025-04-12_07-58-05
Fotoqalereya Xəbərlər

DƏYİRMİ MASA

7 aprel 2025-ci il tarixində "6 aprel Ümumdünya Fiziki Aktivlik Günü" və "7 aprel Ümumdünya Sağlamlıq Günü" münasibətilə Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində "Gigiyena" fənn birləşməsinin təşəbbüsü ilə dəyirmi masalar keçirilib.
Tədbirdə tələbələrə sağlamlığın əsas amilləri, sağlamlığın qorunması üçün görülməli tədbirlər və tibb işçilərinin bu sahədə aparacağı maarifləndirmə işlərinin əhəmiyyəti barədə geniş məlumat verilib.

Diskussiyalar zamanı sağlam həyat tərzinin təşviqi, fərdi gigiyena qaydalarına əməl etməyin vacibliyi və ictimai səhiyyə sahəsində maarifləndirmə işlərinin rolu vurğulanıb