Edumall Preloader

“XXI əsrdə şəkərli diabetin müayinə və müalicə üsulları”

photo_2025-04-21_13-18-40
Fotoqalereya Xəbərlər

“XXI əsrdə şəkərli diabetin müayinə və müalicə üsulları”

18 aprel 2025-ci il tarixində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində “Daxili xəstəliklər” fənn birləşmə komissiyasının müəllimləri tərəfindən “XXI əsrdə şəkərli diabetin müayinə və müalicə üsulları” mövzusunda konfrans təşkil olundu.
Konfransda şəkərli diabetin müasir müayinə və müalicə metodları barədə geniş məlumat verildi. Təqdim olunan mövzulara SugarBEAT qlükometr plastrı, NovoPen Echo insulin qələmi, insulin pompası, diabetik ayaqlarda istifadə olunan kök hüceyrə plastrı, şəkərli diabetin müasir cərrahi müalicə üsulları və digər yeniliklər daxil idi.
Konfransın sonunda arzu edən iştirakçıların qanında qlükometrlə qlükoza səviyyəsi ölçüldü.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və yüksək dəyərləndirildi.

Son xəbərlər

5278325880222590427
Fotoqalereya
Seminar
IMG_6577.JPG
Fotoqalereya
Kollecin fəalları
WhatsApp Image 2026-06-02 at 11.18.02
Fotoqalereya
İmtahan sessiyası