Edumall Preloader

Ekskursiya

photo_2025-04-23_14-25-50
Fotoqalereya Xəbərlər

Ekskursiya

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin «Əczaçılıq» şöbəsinin bir qrup tələbəsi “Scandens Pharmaceutical Industries” şirkətinin zavodunda ekskursiyada olmuşdur. Ekskursiya zamanı tələbələr gələcəkdə istehsal ediləcək dərman preparatlarının müasir avadanlıqlarla təchiz olunmuş, beynəlxalq standartlara tam cavab verən istehsal texnologiyası ilə tanış olmuşlar. Zavodda tələbələrə əczaçılıq sahəsində nanotexnologiyanın tətbiqi və onun mürəkkəb təsir mexanizmi haqqında geniş məlumat verilmişdir.