Edumall Preloader

İİV infeksiyası

photo_2025-05-07_17-01-34
Fotoqalereya Xəbərlər

İİV infeksiyası

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə "İİV infeksiyası" ilə bağlı 6 may 2025-ci il tarixində tələbələr və müdavimlər üçün maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi gənclər arasında İİV infeksiyası barədə məlumatlılıq səviyyəsinin artırılması, bu sahədə profilaktik tədbirlərin təbliği və təhlükəsiz davranış vərdişlərinin aşılanması olmuşdur. Eyni zamanda ölkəmizdə İİV-ə nəzarət sahəsində həyata keçirilən tədbirlər və mövcud qanunvericiliyin tələbləri diqqətə çatdırılmışdır. Tələbələrin və müdavimlərin mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılmış, iştirakçılara anonim şəkildə ekspres testdən keçmək imkanı yaradılmışdır