Edumall Preloader

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir

photo_2025-05-10_12-40-10
Fotoqalereya Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru Dilarə Məmmədəliyeva öz çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyət yoluna nəzər salaraq, onun müstəqil Azərbaycanın quruculuğunda və xüsusilə səhiyyə sahəsinin inkişafında göstərdiyi xidmətləri vurğulayıb.

Tədbirdə Ümummilli Liderin rəhbərliyi dövründə səhiyyə və tibb təhsili sahəsində həyata keçirilmiş islahatlardan, qəbul olunmuş strateji qərarlardan və gələcəyə hesablanmış inkişaf istiqamətlərindən bəhs edilən çıxışlar dinlənilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin səhiyyə və tibb təhsili sahəsində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Eyni zamanda kollecin foyesində Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş kitabların sərgiləndiyi guşə yaradılıb.