Edumall Preloader

“Tibb bacısı və mamalıq işinin inkişafının strateji istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans

WhatsApp Image 2025-06-23 at 12.03.11
Fotoqalereya Xəbərlər

“Tibb bacısı və mamalıq işinin inkişafının strateji istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans

4-5 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris-tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva və “Pediatriya” fənn müəllimi, beynəlxalq əlaqələr üzrə məsul şəxs Rübabə Quliyevadan ibarət nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində keçirilən “Tibb bacısı və mamalıq işinin inkişafının strateji istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.

Tədbirdə bir sıra nüfuzlu beynəlxalq təşkilatların, həmçinin Finlandiya, İsveçrə, Almaniya, Cənubi Koreya, İspaniya və Türkiyənin qabaqcıl səhiyyə və təhsil qurumlarının təmsilçiləri iştirak etmiş və təqdimatlarla çıxış etmişlər.

Kolleci təmsil edən V.Əliyeva “Azərbaycanda tibb bacısı və mamalıq təhsili sahəsində mövcud vəziyyət, nəaliyyətlər və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış etmiş, iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Konfransın sonunda iştirakçılara beynəlxalq iştirak sertifikatları təqdim olunmuşdur.

5 iyun 2025-ci il tarixində nümayəndə heyəti Özbəkistan Respublikasında tibb bacısı və mamalıq sahəsində fəaliyyət göstərən aparıcı təhsil müəssisələrini ziyarət etmiş, mühazirə və simulyasiya otaqlarında olan şəraitlə tanış olmuşdur.

Səfər tibb bacısı və mamalıq təhsili sahəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, qabaqcıl təcrübələrin öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur