Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində 22 sentyabr 2025-ci il tarixində Dövlət Elmi Tibbi Kitabxanasının təşkilatçılığı ilə görkəmli ictimai xadim, akademik, məşhur cərrah Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları akademikin zəngin elmi və ictimai irsi ilə yanaşı, onun şəxsi medalları, şəxsi əşyaları, fotoları və kitablarının nümayiş olunduğu sərgi ilə də tanış olublar.