Edumall Preloader

OSKİ imtahanı uğurla keçirildi

0901
Fotoqalereya Xəbərlər

OSKİ imtahanı uğurla keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 15–18 dekabr 2025-ci il tarixlərində “Tibb bacısı (qardaşı) işi” və “Mamalıq işi” şöbələrinin III kurs tələbələri üçün OSKİ – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan təşkil olunub.

İmtahan müvafiq ixtisas müəllimləri tərəfindən hazırlanmış təcrübi bacarıqlar əsasında, əvvəlcədən yaradılmış komissiyalar tərəfindən həyata keçirilib.

“Tibb bacısı (qardaşı) işi” şöbəsinin tələbələri “Tibb bacısının işi”, “Cərrahiyyədə tibb bacılığı” və “Pediatriyada tibb bacılığı”, “Mamalıq işi” şöbəsinin tələbələri isə “Mamalıq və ginekologiya” və “Pediatriya” fənninin neonatologiya bölməsi üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Mülyaj və tibbi alətlərlə təchiz olunmuş 6 məntəqədə keçirilən imtahan zamanı tələbələrin təcrübi bacarıqları obyektiv meyarlar əsasında qiymətləndirilib.

Son xəbərlər

5278325880222590427
Fotoqalereya
Seminar
IMG_6577.JPG
Fotoqalereya
Kollecin fəalları
WhatsApp Image 2026-06-02 at 11.18.02
Fotoqalereya
İmtahan sessiyası