“İlin TGT sədri” və “İlin TGT nümayəndəsi”
2 fevral – Dünya Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə “Tələbə Gənclər Təşkilatlarının Mükafatlandırma Mərasimi 2026” uğurla keçirilib.
Tədbir çərçivəsində 2025-ci il ərzində fəaliyyəti və təşəbbüskarlığı ilə fərqlənən tələbə gənclər və təşkilat nümayəndələri müxtəlif nominasiyalar üzrə təltif olunublar.
Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Mehdiyeva Ziyafət “İlin TGT sədri”, sədr müavini Mustafayev Maarif isə “İlin TGT nümayəndəsi” nominasiyası üzrə mükafata layiq görülüblər.
Qazanılan bu uğur münasibətilə Tələbə Gənclər Təşkilatının sədri və sədr müavinini, eləcə də bütün fəal tələbələrimizi səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Son xəbərlər
Axtarış