29 yanvar 2026-cı il tarixində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə Qazaxıstan Respublikasının Kostanay Ali Tibbi Kolleci arasında onlayn formatda qarşılıqlı tanıtım görüşü keçirilmişdir. Görüşdə tərəflər təhsil müəssisələrinin fəaliyyəti və imkanları barədə təqdimatlar etmiş, beynəlxalq əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmişlər. Bu əməkdaşlığın tədris prosesinə müsbət təsir göstərəcəyi vurğulanmışdır.
Görüşün sonunda ikitərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.