Qazaxıstan Respublikası Jambıl Ali Tibb Kollecinin 90 illiyinə həsr olunmuş “Tibb bacılığı təhsilində beynəlxalq tendensiyalar və qabaqcıl təcrübə” mövzusunda beynəlxalq elmi-praktik onlayn konfrans Zoom platforması üzərindən keçirilib.
Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi də daxil olmaqla müxtəlif ölkələrin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimləri Natavan Abuşova və Sona Quliyeva birgə müəlliflikləri ilə hazırladıqları “Simulyasiya texnologiyalarının tədrisdə tətbiqi: praktik bacarıqların təkmilləşdirilməsi və nəzəri biliklərlə fərqin azaldılması” adlı elmi məqaləni təqdim ediblər