“Doğru anda, doğru yardım!”
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən həyata keçirilən “Doğru anda, doğru yardım!” sosial layihəsi çərçivəsində 13 aprel 2026-cı il tarixində kollecin müəllim və tələbələri tərəfindən Səhiyyə Nazirliyinin ET Ağciyər Xəstəlikləri İnstitutunda “Təməl Həyat Dəstəyi” adlı təlim keçirilib.
Təlim zamanı institut əməkdaşlarına ürək-ağciyər reanimasiyası, boğulma zamanı tənəffüs yollarının açılması və təcili hallarda ilkin tibbi yardımın göstərilməsi qaydaları nümayiş etdirilib.
İnstitutun baş direktoru İradə Axundova keçirilən təlimin əhəmiyyətini vurğulayaraq, bu cür maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib.
Son xəbərlər
Axtarış