“Xatirələrdə yaşayan Akademik Zərifə Əliyeva”
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim və tələbə heyəti Yasamal Rayon Heydər Əliyev Mərkəzi-ndə akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan “Xatirələrdə yaşayan Akademik Zərifə Əliyeva” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Tədbir zamanı mərkəzin bələdçisi Mayrux Cavadova çıxış edərək Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi dəyərli töhfələrdən, xüsusilə oftalmologiya sahəsində apardığı elmi tədqiqatlardan və tibbi etika ilə bağlı irəli sürdüyü mühüm fikirlərdən ətraflı bəhs edib.
Son xəbərlər
Axtarış