Edumall Preloader

Autizm spektr pozuntusu mövzusuna həsr olunmuş tədbir

5413341892319056756
Fotoqalereya Xəbərlər

Autizm spektr pozuntusu mövzusuna həsr olunmuş tədbir

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Səni tanıyaq” sosial layihəsi üzrə Autizm spektr pozuntusu mövzusuna həsr olunmuş növbəti tədbir 15 aprel 2026-cı il tarixində baş tutub.
Layihənin əsas məqsədi fərqli inkişaf xüsusiyyətlərinə malik şəxsləri daha yaxından tanımaq, anlamaq və cəmiyyətdə inkluziv yanaşmanı gücləndirməkdir.
Tədbirdə “Birgə və Sağlam” İctimai Birliyinin ümumi koordinatoru Milana Həsənova autizm spektr pozuntusunun erkən aşkarlanma və sosial inteqrasiya məsələlərinə müasir yanaşmalar haqqında ətraflı məlumat verib.
Tədbirdə autizmin fərqlilik kimi dəyərləndirilməsinə həsr olunmuş səhnəciklər nümayiş etdirilib. Mövzuya uyğun video materiallar nümayiş etdirilib, müzakirələr aparılıb və sonda maarifləndirici bukletlər paylanılıb.

 

Son xəbərlər

5278325880222590427
Fotoqalereya
Seminar
IMG_6577.JPG
Fotoqalereya
Kollecin fəalları
WhatsApp Image 2026-06-02 at 11.18.02
Fotoqalereya
İmtahan sessiyası