“Quduzluq xəstəliyi”
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 16 aprel 2026-cı il tarixində “Mikrobiologiya” fənn birləşmə komissiyasının təşkilatçılığı ilə “Quduzluq xəstəliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda kollecin müəllimləri quduzluğun törədiciləri, yoluxma yolları haqqında ətraflı məlumat veriblər. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Əhmədova Sulduz “Quduzluq xəstəliyinin müalicəsi və profilaktikası” mövzusunda məruzə ilə çıxış edib.
Son xəbərlər
Axtarış