Beynəlxalq simpozium
Yeni Yüzyıl Universitetinin təşkilatçılığı və Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin iştirakı ilə “Afət risklərinin qiymətləndirilməsi və afət idarəçiliyində səhiyyə mütəxəssislərinin rolu” mövzusunda beynəlxalq simpozium keçirilib.
Simpoziumun açılış hissəsində kollecin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Rübabə Quliyeva salamlama nitqi ilə çıxış edib. Daha sonra Mülki Müdafiə Qərargahının rəisi Güney Mahmudova “Azərbaycanda afət idarəetməsi tətbiqləri və ölkənin afət profilinin təhlili” mövzusunda, Tibb bacısı işi fənn birləşmə komissiyasının sədri Töhfə Möhsümova isə “Afət idarəetməsində tibb bacısı xidmətlərinin rolu və təşkili: Azərbaycan nümunəsi” mövzusunda onlayn təqdimatla çıxış ediblər.
Son xəbərlər
Axtarış