Pasiyentlər və himayədarlarla peyvənd haqqında ünsiyyət
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üçün Regional Ofisinin təşkilatçılığı ilə 13–14 may 2026-cı il tarixlərində “Pasiyentlər və himayədarlarla peyvənd haqqında ünsiyyət” mövzusunda Təlimçilərin təlimi keçirilib.
Təlimdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı, TƏBİB nümayəndələri, ÜST-nin ölkə ofisinin rəhbəri Bret Kreyq və ÜST-nin Avropa üzrə Regional Ofisinin immunizasiyada ədalətlilik üzrə mütəxəssisi iştirak ediblər. Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecini müəllimlər K. Veysova, Ü. Həziyeva və V. Abbasova təmsil ediblər.
Tədbir çərçivəsində peyvəndlərə etimadın formalaşdırılmasında tibb işçilərinin ünsiyyət bacarıqlarının rolu, vaksinasiyanın fayda və riskləri müzakirə olunub.
Son xəbərlər
Axtarış