Tibb bacılarımız. Gələcəyimiz
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi Liv Bona Dea Hospital-da keçirilən tibb bacıları üçün xüsusi təlim proqramında təbrik nitqi ilə çıxış edib.
“Tibb bacılarımız. Gələcəyimiz” mövzusuna həsr olunan tədbirdə tibb bacılarının səhiyyə sistemindəki rolu, peşəkar inkişafı və gələcəyin tibbinə verdikləri töhfə ön plana çıxarılıb. “Gücləndirilmiş tibb bacıları həyatları xilas edir” mesajı ilə keçirilən proqram çərçivəsində iştirakçılar müasir səhiyyədə tibb bacılarının əhəmiyyəti, innovativ yanaşmalar və peşəkar bacarıqların inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.
Son xəbərlər
Axtarış