Təlim
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində Amerika Ürək Assosiasiyasının (AHA) Azərbaycandakı beynəlxalq təlim mərkəzi olan Medic School Training Center-in təlimçisi Sevindik Şirinov tərəfindən AHA-nın yenilənmiş BLS-2025 protokolları əsasında ixtisasartırma təliminin birinci günü keçirilib.
Təlimin əsas məqsədi tibb təhsili sahəsində fəaliyyət göstərən pedaqoji heyətin təcili tibbi yardım üzrə nəzəri bilik və praktik bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi, həmçinin müasir tibbi yanaşmaların tədris prosesinə inteqrasiyasına dəstək göstərilməsidir. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.
Son xəbərlər
Axtarış