Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin hüquq müəllimi Əsmər Mustafayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 01.05.2026-cı il tarixli qərarı ilə - Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq ixtisası üzrə, hüquq elmləri sahəsində “Fəlsəfə doktoru” elmi dərəcəsi verilib.
Bu münasibətlə kollecin kollektivi adından Əsmər Mustafayevanı hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə səmimi qəlbdən təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayırıq.