“Karyerada ilk addım”
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 2025/2026-cı tədris ilinin məzunları üçün təşkil olunan “Karyerada ilk addım” devizi altında əmək yarmarkasında ölkənin aparıcı dövlət və özəl səhiyyə müəssisələri, eləcə də əczaçılıq şirkətləri iştirak etmişdir.
Yarmarkada Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C. M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Mərkəzi Klinika və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi kimi dövlət səhiyyə qurumları təmsil olunmuşdur.
Bununla yanaşı, Referans Klinik Laboratoriya Mərkəzi, Baku Medical Plaza VIP, Leyla Medical Center, Zəfəran Hospital, Diaqnoz Tibb Mərkəzi, Real Tibb Mərkəzi, Şəfa Klinikası, Dünyagöz Xəstəxanası, İstanbul NS Klinikası və Medaura Hospital kimi özəl tibb müəssisələri də tədbirdə fəal iştirak etmişdir.
Əczaçılıq sahəsini isə Azərimed QSC, Avromed Company QSC (Buta Apteklər Şəbəkəsi), Zeytun Pharma və Avis Apteklər Şəbəkəsi təmsil etmişdir.
Son xəbərlər
Axtarış