Edumall Preloader

KOLLECİMİZDƏ NOVRUZ BAYRAMI HƏR İL OLDUĞU KİMİ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLİR.

KOLLECİMİZDƏ NOVRUZ BAYRAMI HƏR İL OLDUĞU KİMİ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLİR.
Xəbərlər

KOLLECİMİZDƏ NOVRUZ BAYRAMI HƏR İL OLDUĞU KİMİ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLİR.

Tədbiri açan 2 Nömrəli Baki baza tibb kollecini drektoru t.e.n Dilarə Məmmədəliyeva tədbir iştirakçılarını salamlamış, onları xalqımızın ən əziz bayramı olan Novruz bayramı münasibətilə təbrik edib. O, Novruz bayramının tarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında ətraflı məlumat vermiş və bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, yaxşı qonşuluq, bərəkətlilik, təbiətin oyanışı bayramı olduğunu qeyd edib. Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin müstəsna mövqeyə malik olduğunu deyən Dilarə xanım onun mədəni müxtəliflik, dözümlülük, sağlam həyat tərzi kimi dəyərləri təcəssüm etdirdiyini qeyd edib.
Bundan əlavə, direktor Novruz bayramının özündə su, od, yel və torpaq ilaxır çərşənbələrini birləşdirdiyini, bayram günlərində bununla bağlı müxtəlif ayin və mərasimlərin həyata keçirildiyini bildirib.
Dilarə xanım Novruz bayramının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini vurğulamış, habelə 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz Günü” elan olunduğunu diqqətə çatdırmışdır və tədbir tələbələrin iştirakı ilə “NOVRUZ GƏLİR YAZ GƏLİR” adlı əyləncəli konsert proqramı ilə davam etmişdir.